Bakı. Trend:
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahıntətbiqi şərtləri müəyyənləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.
Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiqedildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisnaolmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəşaçmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.
Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdənsonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququolacaq:
- insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın vəya digər zorakılıq hallarında;
- xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının vəəməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər başverdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusitexnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;
- girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular,ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
- insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayəttörətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərənşəxslər saxlanıldıqda;
- fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayışməntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbiqulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabeolmayan nəqliyyat vasitəsi saxlanıldıqda;
- qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyatvasitələrindən istifadə etməklə törədilən basqın dəfedildikdə;
- qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında vəterror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olansilahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbiyerinə yetirilmədikdə;
- terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiyaquruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısıalındıqda.
Odlu silah aşağıdakı hallarda xəbərdarlıq edilmədən tətbiqolunacaq:
- mühafizə olunan obyektə, qarovula (qoşun naryadına) silahdan,döyüş texnikasından, xüsusi texnikadan və nəqliyyat vasitələrindənistifadə etməklə törədilən basqın dəf edildikdə;
- silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilərkən, eləcə dəcinayət törətmiş şəxs silahı ələ keçirməklə və ya ağır və yaxüsusilə ağır cinayət törətmiş şəxs nəqliyyat vasitələrindənistifadə etməklə mühafizə altından qaçdıqda;
- azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən törədilən basqındəf edildikdə;
- öz vəzifə borclarını icra edən daxili qoşunların və daxiliişlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluqişçilərinin həyatına bilavasitə təhlükə törədən qərəzli hərəkətləredildikdə;
- insan həyatına və sağlamlığına real təhlükə yaradan heyvanhücumunun qarşısı alındıqda;
- təhlükə və ya həyəcan siqnalı verildikdə, habelə yardımçağırıldıqda (təhlükəsiz yolla havaya atəş açmaqla).
Yuxarıda nəzərdə tutulmuş halların yarana biləcəyi barədəkifayət qədər əsaslar olduqda daxili qoşunların hərbi qulluqçusununodlu silahı hazır vəziyyətə gətirmək hüququ olacaq.
Odlu silah tətbiq etmək aşağıdakı şəxslərə münasibətdə vəaşağıdakı hallarda qadağan ediləcək:
- qadınlara;
- yanında azyaşlı uşaq olan şəxslərə;
- əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinənşəxslərə;
- yetkinlik yaşına çatmadığı aşkar görünən və ya məlum olanşəxslərə;
- kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;
- alışmaq, partlamaq təhlükəsi olan zəhərləyici və radioaktivmaddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlancyerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələriistiqamətində.
Yuxarıda nəzərdə tutulan qadağa silahlı müqavimət göstərildiyi,insanların həyatına və sağlamlığına təhlükə yarandığı hallarda vəya silahlı, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklətörədilən basqın hallarında qadınlar, yanında azyaşlı uşaq olanşəxslər, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkarbilinən şəxslər və yetkinlik yaşına çatmadığı aşkar görünən və yaməlum olan şəxslərə şamil edilməyəcək.