Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.Metbuat.az xəbər verir ki, hadisə Lipova kəndində baş verib. "Səhər saat 9:36-da təyyarə qəzasının baş verməsi barədə məlumat aldıq. İki nəfər hadisə yerində həlak olub. Eniş zamanı təyyarədə nasazlıqlar yaranıb və o, qəzaya uğrayıb", - Jivets rayon yanğından mühafizə rəisinin mətbuat katibi Tomaş Kolodzey bildirib.Polis və xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.