EN

Navarro: “Amerikasız BRİKS iflasa məhkumdur”

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə böyük müşaviri Piter Navarro “Real America's Voice” telekanalına müsahibəsində belə deyib. “Bu ölkələrin heç biri öz məhsullarını ABŞ-yə satmasa, sağ qalmayacaq. Onlar ixrac mallarını ABŞ-yə satarkən, ədalətsiz ticarət təcrübələri ilə bizim qanımızı soran vampirlərə bənzəyirlər”, - amerikalı məmur vurğulayıb. Navarro BRİKS ölkələrinin vahid qurum kimi qala bilmək qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib. - BRIKS ölkələrinin necə bir yerdə qala biləcəyini anlamıram, çünki tarixən onların hamısı bir-birinə nifrət edir və bir-birini öldürürlər”, - ABŞ prezidentinin müşaviri söyləyib. Xatırladaq ki, Amerika lideri Donald Tramp daha əvvəl dəfələrlə BRİKS-in ABŞ-yə və dolların dünyanın ehtiyat valyutası roluna zərər vermək üçün yaradıldığını bəyan edib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
azvision.az

2Sources