EN

Qəzada xəsarət alan qadın xəstəxanada ölüb

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Ağdam sakini həkimlərin səylərinə baxmayaraq vəfat edib

Sentyabrın 6-da Oğuzun Kərimli kəndi ərazisində ölümlə nəticələnən yol qəzasında bir qadın hadisə yerində ölmüş, digəri ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. AYNA.AZ xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Ağdam rayon sakini, 33 yaşlı Aygün Quliyeva həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Xatırladaq ki, “Nissan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova aldığı ağır xəsarətlərdən hadisə yerində ölmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
3
ayna.az

4Sources