EN

Şəki Siti nin ev oyunlarını keçirəcəyi stadion bəlli oldu

ain.az, Fanat saytına istinadən bildirir.

"Şəki Siti" qışa qədər Bakıda məskunlaşacaq və ev oyunlarını paytaxtda keçirəcək.  

Bunu Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Bəhmən Həsənov deyib.

Təcrübəli mütəxəssis rəqiblərini "Rekord Arena"da qəbul edəcəyini bildirib: 

"MDB oyunlarına görə Şəkidə Çövkən oyunları keçiriləcək. Bu səbəbdən meydançamızın təyinatı dəyişəcək. Məncə, yarışdan sonra bir ay ərzində qazonu futbol oyunları üçün təmir etmək, yararlı vəziyyətə gətirmək olar. Hesab edirəm ki, uzağı noyabr ayından təmsil etdiyimiz şəhərə qayıda bilərik. Ona qədər isə "Rekord Arena"da oynayacağıq. İkinci turda "Araz-Saatlı" isə səfərdə qarşılaşacağıq. 3-cü turdan isə bu arenada ev oyununa çıxacağıq". 

Qeyd edək ki, "Şəki Siti" 3-cü turda "Qaradağ Lökbatan"ı qonaq edəcək. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
fanat.az

2Sources