EN

İrəvan döyüşçülərin ailələrinə əmlak vergisi güzəştləri verəcək

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan döyüşçülərin ailələrinə əmlak vergisi güzəştləri verəcək.

Bizimyol.info xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı Ermənistan paytaxtının Ağsaqqallar Şurasının iclasında qəbul edilib. Güzəştlər vətəndaşların müəyyən kateqoriyalarına şamil edilir.

O cümlədən, Qarabağda və Ermənistanda hərbi əməliyyatlar zamanı yaralanmış, həlak olmuş və ya ağır xəsarətlər almış vətəndaşların ailə üzvləri, təmas xəttində döyüş növbətçiliyini yerinə yetirən hərbi qulluqçuların ailə üzvləri, I və II qrup əlil hərbi qulluqçular, əsir və itkin düşmüş kimi tanınan şəxslərin ailə üzvlərinə şamil ediləcək.

Meriya vurğulayıb ki, bu təşəbbüs yaxınlarının "vətən müdafiəsində" iştirakı ilə əvəzsiz itkilər vermiş və ya çətin həyat vəziyyətinə düşmüş ailələrə dəstək olmaq məqsədi daşıyır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
icma.az

1Sources