Xəbər verdiyimiz kimi, “FİFA Arena” layihəsi çərçivəsində 247 nömrəli tam məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib. Mərasimə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko da qatılıb.
QOL.az-ın məlumatına görə, tədbirə AFFA prezidenti Rövşən Nəcəf, Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev, AFFA-nın, FIFA-nın, Elm və Təhsil Nazirliyinin rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və məktəblilər də qatılıblar.
AFFA futbol meydançasının açılışından fotoları təqdim edib: