BAKI, 9 sentyabr. TELEQRAF
Rusiya baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Suriyaya gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası “Al Ikhbariya” məlumat yayıb.
Nümayəndə heyətinin üzvlərini Suriya Prezident Administrasiyasının rəhbəri Mahir Şaraa qəbul edib.
Səfərin məqsədləri və danışıqların təfərrüatları açıqlanmayıb.
Əlavə edək ki, Mahir Şaraa Suriya Prezidenti Əhməd Şaraanın qardaşıdır.