EN

Nadir Adilov BMT-nin Komitəsinə sədr müavini seçildi

Nadir

Hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin sədr müavini seçilib.Ulusum.az xəbər verir ki, bununla bağlı BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) iclasında seçkilər keçirilib.Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov Komitə sədrinin müavini seçilib.Bununla da ilk dəfədir bu postda azərbaycanlı nümayəndə təmsil olunmağa başlayıb.Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəfdar dövlətlər tərəfindən Paktın icrası üzrə monitorinqini aparır. Komitə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edir və Konvensiya üzrə öhdəliklərini yerinə yetirməkdə BMT-nin İqtisadi və Sosial Şurasına kömək edir.Xatırladaq ki, Nadir Adilov 18 üzvdən ibarət olan Komitəyə ilk dəfə Azərbaycan nümayəndəsi olaraq 2021-2024-cü illər ərzində, sonra isə 2025-2028-ci illər üzrə üzvü seçilib.

Diqqət Çəkənlər

Gəncədə tikinti faciəsi: evin uçması nəticəsində bir nəfər öldü

Çəkidə sabitlik — yaşlılıqda daha güclü yaddaşın açarı

İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Chosen
5
1
ulusum.az

2Sources