EN

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti: Azərbaycan həm coğrafi, həm də strateji baxımdan çox önəmli ölkədir  

Azərbaycan həm coğrafi, həm də strateji baxımdan çox önəmli ölkədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dongxiao deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin regional əlaqələrə xüsusi önəm verdiyinə diqqət çəkərək bildirib: “Bu əlaqələr vasitəsilə ölkəniz hər baxımdan inkişaf edəcək. Həmçinin düşünürəm ki, sizin xalqınız da bu prosesə hazırdır. Azərbaycan yalnız özü inkişaf etməyəcək, həmçinin bütün regionda rifahın yüksəlməsinə şərait yaradacaq”.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti qeyd edib ki, Çin xalqı Azərbaycan Prezidentinin faşizm üzərində qələbənin 80-ci ilinin qeyd edilməsi tədbirində iştirakından çox məmnundur.

Chosen
20
1
azerbaijan-news.az

4Sources