OpenAI, "Critterz" adlı tamamilə süni intellektlə yaradılan cizgi filmi üzərində işləyir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, filmin yaradıcı direktoru Çad Nelson olacaq. Filmin 2026-cı ildə Kann Film Festivalında təqdim edilməsi planlaşdırılır.
Filmin xarakter dizaynı və animasiyası OpenAI alətləri ilə hazırlanacaq. 30 milyon dollar büdcə ilə 9 ayda tamamlanması nəzərdə tutulur. Filmin istehsalı Vertigo Films və Native Foreign şirkətləri tərəfindən həyata keçiriləcək.
Nelson, bu layihənin süni intellektin kino sənayesində daha geniş istifadə olmasına təkan verəcəyini vurğulayıb. Süni intellektin kino sənayesində istifadəsi isə mübahisələrə səbəb olub, lakin Oskar Mərasimi süni intellektlə bağlı neytral mövqe sərgiləyib.