EN

Lənkəran və Ağsuda yanğın oldu

BAKI, 9 sentyabr. TELEQRAF

Lənkəran şəhəri Şağlaser kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin döşəməsi, zirzəmisinin tavanı 30 m² sahədə və məişət əşyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Ağsu şəhərində ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, 2-ci mərtəbədə sahəsi 80 m² olan 3 otaqlı mənzilin mətbəxinin tavanı 20 m² sahədə və sahəsi 60 m² olan 3 otaqlı mənzilin mətbəxinin tavanı 15 m² sahədə yanıb.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
102
1
teleqraf.com

2Sources