1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən təqaüd artırılıb.
Oxu.Az Modern.az-ın məlumatına görə, əvvəllər 75 manat olan təqaüd 100 manata çatdırılıb.
Artım "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar artist", "Əməkdar incəsənət xadimi", "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar memar", "Əməkdar bədən tərbiyəsi və idman xadimi" və "Əməkdar dövlət qulluqçusu" fəxri adını daşıyan şəxslərə şamil edilib.
Qeyd edək ki, müvafiq sərəncam Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb. Sənəd iyulun 1-dən tətbiq edilir.