EN

Faiq ondan küsən Nadirin oğlunun toyunda - VİDEO

Xalq artisti Faiq Ağayev ilə müğənni Nadir Qafarzadə küsülülüyə son qoyub.

Musavat.com xəbərr verir ki, Xalq artisti Nadirin oğlunun toy məclisinə qatılıb. 

F.Ağayev bir müddət əvvəl ondan küsən Nadirin övladının məclisində sevilən mahnılarını oxuyub.

Qeyd edək ki, Nadir Qafarzadə və Faiq Ağayev illərlə küsülü olublar. Onlar bir neçə il əvvəl barışsalar da, son vaxtlar yenə aralarında narazılıq olmuşdu. Buna səbəb isə F.Ağayevin Nadirlə bağlı verdiyi "Toy ərzində də dayanmadan mənə qulluq edirdi, çay verirdi" açıqlaması olub. Nadir isə ona "Çay məsələsini vurğulamaq mütləq idi? Xətrimə dəydi. Biz eyni yaşdayıq" cavabını verib. 

Könül
Musavat.com 

Chosen
51
musavat.com

1Sources