EN

NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.

NİİM-in mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, təcrübəyə əsasən hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır. “NİİM-in əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə işıqforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək. Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar”, - deyə müraciətdə vurğulanıb.

Chosen
29
37
ekologiya.az

10Sources