EN

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10 000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Məhkəmənin qərarı ilə T.Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Chosen
40
29
oxu.az

10Sources