EN

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Sentyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 1 patron darağı və 685 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
24
49
sia.az

10Sources