EN

Millimiz bu axşam Ukrayna yığması ilə qarşılaşacaq


Bu axşam Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Milli komandamız Bakıda Ukrayna ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Görüşü yunanıstanlı FIFA referisi Vassilis Fotias idarə edəcək.
Azərbaycan millisində ötən gün portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərilib. Komandanı bugünkü görüşə U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Mətləb

Chosen
31
4
baki-xeber.com

7Sources