EN

“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir

“FNC Bank Olmayan Kredit Təşkilatı” QSC ümumi həcmi 4,75 milyon manatlıq istiqraz buraxır.

FED.az bu barədə BOKT-nin  Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Məlumata görə, söhbət biri 5000 manat olmaqla ümumi 950 ədəd istiqrazlardan gedir.

İstiqrazlar 5 il müddətlə 15 faizlə təklif olunur.

Təklifin səbəbi Cəmiyyətin "Kristal Bakı" ASC qarşısında olan borc öhdəliyinin vaxtında icra edilməsini təmin etməkdir.

Anderrayter  "CPM-Invest İnvestisiya Şirkəti" ASC şirkətidir.

Chosen
43
fed.az

1Sources