EN

Qəzada yaralanan ikinci qadın da dünyasını dəyişdi

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 6-da Oğuzun Kərimli kəndi ərazisində ölümlə nəticələnən yol qəzasında bir qadın hadisə yerində ölmüş, digəri ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Hafta.az xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasından Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan Ağdam rayon sakini, 33 yaşlı Aygün Quliyevanın həkimlərin səylərinə baxmayaraq vəfat etdiyi bildirilib.

Xatırladaq ki, “Nissan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova aldığı ağır xəsarətlərdən hadisə yerində ölmüşdü.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Chosen
53
3
hafta.az

4Sources