EN

Rusiyanın Xabarovskdəki hərbi bazasında iki güclü partlayış - çox sayda ölü və yaralı var...


Rusiyanın Xabarovsk vilayətində Milli Qvardiyanın bazasında güclü partlayış baş verib. Partlayış nəticəsində Ukrayna müharibəsində əvvəllər xidmət etmiş çox sayda rus əsgərinin öldüyü və ya yaralandığı bildirilir.

Ukrayna Müdafiə Kəşfiyyat İdarəsindəki (HUR) mənbə 6912 saylı hərbi hissənin yaxınlığındakı dayanacaqda iki partlayıcının işə salındığını bildirib. Sözügedən bölmə rəsmi olaraq 748-ci Xüsusi Əməliyyat Batalyonu kimi tanınır.

Ukraynanın “Kyiv Post” qəzetinə danışan mənbə “düşmən şəxsi heyəti arasında ölən və yaralananlar var” deyib.

Məlumata görə, partlayışlardan sonra Rusiya təhlükəsizlik qüvvələri ərazidə mobil internetə çıxışı kəsərək yerli əhalinin məlumat əldə etməsinə mane olub. İctimai nəqliyyat marşrutlarının istiqaməti də dəyişdirilib.

Partlayışın baş verdiyi 6912 saylı hərbi hissə Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzünün ilkin mərhələlərində Kiyev ətrafında yerləşdirilib. Mənbələrə görə, bölmə çoxsaylı mülki itkilərin və hərbi cinayətlərin baş verdiyi Buça və İrpin bölgələrində hərbi əməliyyatlarda da iştirak edib.

TAHİR

Chosen
82
baki-xeber.com

1Sources