EN

Kişi 4 gün liftdə ac-susuz qalıb

Almaniyanın Osnabrück şəhərində (Aşağı Saksoniya)  75 yaşlı kişi öz evinin liftində dörd gün yeməksiz və susuz qalıb.

AzPost bildirir ki, hadisə hələ iyul ayında baş versə də polis bu barədə yalnız indi məlumat açıqlayıb.

“Bild” xəbər verir ki, elektrik sistemindəki nasazlıq səbəbindən nəinki liftin özü, hətta təcili çağırış düyməsi də işləməyib. Kişinin telefonu olmadığı üçün yaxınları ilə əlaqə saxlaya bilməyib. Çarəsiz vəziyyətdə kabinənin panellərini qoparmağa çalışsa da, özü çıxa bilməyib.

Oğlu atasının əlaqəyə çıxmamasından narahat olub, polisə müraciət edib. Gələn polislər şaxtadan zəif  səs eşidiblər. Zərərçəkmiş ciddi şəkildə susuz qalıb və xəstəxanaya aparılıb.

Avqustun sonunda, artıq sağaldıqdan sonra kişi  xilasedicilərini qəhvə içməyə dəvət edib. Kişi onlara deyib ki, polislə heç vaxt dostluq etməyib, lakin o anda polisin səsini eşitdiyinə çox sevinib.

AzPost.az

Chosen
67
2
azpost.info

3Sources