EN

Bu insanlar sürətlə qocalırlar – Səbəbi bilindi

Bəzi insanların daha sürətli şəkildə qocalmalarının səbəbi müəyyən edilib.

Ulusal.az xəbər verir ki, bunun səbəbini beynəlxalq alimlər qrupu üzə çıxarıb.

Onlar aydınlaşdırıblar ki, sürətlənmiş bioloji qocalma xüsusilə aztəminatlı ailələrdə böyümüş insanlarda müşahidə olunur və idrak qabiliyyətlərinin daha bariz şəkildə azalması ilə əlaqələndirilir.

Araşdırmanın nəticələri “Aging” jurnalında dərc olunub.

Tədqiqatçılar xarakterik kimyəvi DNT markerləri əsasında insanın bioloji yaşını təxmin etməyə imkan verən “epigenetik saat”dan istifadə ediblər.

Əgər bioloji yaş pasportdakı yaşdan yuxarı çıxırsa, bu halda “sürətlənmiş qocalma”nın getdiyini demək mümkün olur. Araşdırmaya uşaqlıqda IQ-su ölçülən 300-ə yaxın iştirakçı daxil edilib. Orta yaşa çatdıqda onlardan testi təkrarlamaları istənilib və qan nümunələri də götürülüb.

Məlum olub ki, xəstəlik və ölüm riski nəzərə alınmaqla hazırlanmış yeni – “ikinci nəsil” epigenetik saat (PhenoAge və GrimAge) 50 yaşa qədər İQ-nun azalmasını ən yaxşı şəkildə proqnozlaşdırır. Üstəlik, bu, eyni ailədə böyüyən əkizlərdə belə doğru nəticə verir: bioloji yaşı daha yüksək olanlar idrak funksiyalarında daha ciddi azalma nümayiş etdirirlər.

Ən böyük zəiflik aztəminatlı ailələrdən olan insanlarda aşkar edilib: erkən yaşda sosial stresə məruz qalmaq sürətlənmiş qocalmanın uzunmüddətli nəticələrini artırır.

Alimlər vurğulayırlar ki, bütün bunlar bioloji yaşın DNT ilə izlənilməsi və erkən sosial mühitə diqqət yetirilməsinin demans, eləcə də yaşla bağlı digər xəstəliklərin risklərini daha dəqiq qiymətləndirməyə kömək edəcək.

Chosen
23
2
moderator.az

3Sources