BAKI, 9 sentyabr. TELEQRAF
Böyük Britaniyanın Hitrou hava limanı "təhlükəli kimyəvi maddə" məlumatı əsasında boşaldılıb.
Teleqraf "Sky News"a istinadən xəbər verir ki, beynəlxalq hava limanının 4-cü terminalı təhlükə səbəbindən bağlanıb. Hazırda binada kimyəvi mühafizə dəstələri və xüsusi geyimli yanğınsöndürənlər işləyir. Terminala bir neçə təcili yardım maşını gəlib, lakin tibbi yardımdan istifadə edib-etmədiyi məlum deyil.