EN

Britaniya hava limanı kimyəvi təhlükə ilə əlaqədar boşaldılıb

Böyük Britaniyanın Hitrou hava limanı təhlükəli kimyəvi maddələrlə bağlı mümkün insident səbəbindən boşaldılıb...

Poliqon bu barədə Sky News nəşrinə istinadən xəbər verir.

Beynəlxalq hava limanının dördüncü terminalı bağlanıb. Hazırda binada kimyəvi mühafizə dəstələri və xüsusi geyimli yanğınsöndürənlər işləyir. Terminala bir neçə təcili yardım maşını gəlib, lakin tibbi yardımdan istifadə edib-etmədiyi məlum deyil.

İyun ayında İsrail hakimiyyəti İrana raket zərbələri endirdikdən sonra Tel-Əviv yaxınlığındakı Ben Qurion beynəlxalq hava limanını tamamilə boşaldıb. Eyni zamanda ölkə üzrə uçuşlar 10 gün müddətinə dayandırılıb.

İsrailin endirdiyi zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hossein Salami, o cümlədən bir neçə nüvə alimi həlak olub. İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturuna qarşı yönəldiyini təsdiqləyib.

Poliqon.info

Chosen
74
poliqon.info

1Sources