Musavat.com xəbər verir ki, Fələstin tərəfdarlarının yaratdığı Palestine Action qrupunun fəalları 8 sentyabrda Almaniyanın Ulm şəhərində yerləşən İsrail şirkəti Elbit Systems-in ofisinə hücum ediblər.
Məlumata görə, aksiyaçılar binanın pəncərələrini sındırıb, tüstü qumbaraları atıblar, divarları şüarlarla boyayıb və ofis avadanlıqlarına, o cümlədən kompüterlərə ciddi zərər vurublar.
Hadisə yerində azı beş nəfər saxlanılıb. Qrupun bəyanatında bildirilib ki, onların məqsədi “İsrail üçün silah istehsalını dayandırmaqdır”.
Qeyd edək ki, Elbit Systems – İsrailin aparıcı silah istehsalçısıdır və şirkətin zavodları daha əvvəl dəfələrlə Böyük Britaniyada fəalların hücumuna məruz qalıb. İndi isə bu hədəf Almaniyaya da daşınıb.
Musavat.com