Fransa prezidenti Emmanuel Makron parlamentin hazırkı kabinetə etimadsızlıq səsverməsindən sonra yaxın günlərdə yeni baş nazir təyin etməyi nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
"Sabah o, hökumətinin istefasını qəbul etmək üçün baş nazir Fransua Bayrunu qəbul edəcək. Prezident yaxın günlərdə yeni baş naziri təyin edəcək",- deyə məlumatda qeyd olunub.