EN

İsveçdə silah-sursat daşıyan yük qatarı relsdən çıxdı

İsveçdə

İsveçin Västernorrland regionunun şimalında sursat daşıyan yük qatarı qəzaya uğrayıb. SVT telekanalının məlumatına görə, insident güclü leysan yağışları səbəbindən baş verib.Ərnşöldsvik yaxınlığında bir neçə vaqon relsdən çıxaraq kənara aşmış vəziyyətdədir. İsveç Nəqliyyat İdarəsinin məlumatına əsasən, dəmir yolunun bərpası bir neçə həftə çəkəcək.Qatar sursat və təhlükəli yüklər kateqoriyasına daxil olan litium batareyaları daşıyırmış. Hazırda hadisə yerində fövqəladə xidmətlər işləyir və materialların daşınması ilə məşğuldur.İsveç Nəqliyyat İdarəsinin nümayəndəsi Peter Yansson qatarda təhlükəli yüklərin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, sursat mütəxəssislərə təhvil verildikdən sonra ərazinin təmizlənməsi və dəymiş ziyanın qiymətləndirilməsinə başlanacaq.Ulusum.az

Diqqət Çəkənlər

“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO

BƏƏ-də internet kəsintisi: səbəb Qırmızı dənizdəki kabel qəzası

Xalçanı bahalı kimyəvi vasitəsiz təmizləmək mümkündürmü?

Chosen
5
ulusum.az

1Sources