EN

Rebrov: “Azərbaycan millisinin zəif olduğunu düşünmürəm”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov sabah DÇ-2026-da Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Santuşun komandadan ayrılması sabahkı oyuna hazırlığa necə təsir edəcək?

– Əlbəttə, təsir edəcək. Futbolçularımıza rəqib komandanı təqdim etmişik. Əsas bizim necə oynamağımızdır. Azərbaycanın istənilən oyununa hazır olacağıq.

– Zinçenko hansı mövqedə oynayacaq?

– Oyunu gözləyik. Zinçenko meydanda olanda komandaya böyük fayda verir. O, ürəklə Ukrayna üçün oynayır. “Arsenal”da oyun praktikası olmamasına baxmayaraq, düşərgədə elədir ki, sanki bütün matçlarda meydana çıxıb.

– Azərbaycanla oyunda asan qələbəyə ümid edirsiniz?

– Məncə, çətin oyun olacaq. Baş məşqçiləri dəyişib və vəziyyət fərqli ola bilər. Azərbaycan millisinin zəif olduğunu düşünmürəm. Onlar təşkilatlanmış komandadır, sadəcə qol vurmaqda çətinlik çəkirlər.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
futbolpress.az

1Sources