EN

"Labubu" istehsalçısının səhmlərinin dəyəri 7 % azaldı

BAKI, 8 sentyabr. TELEQRAF

"Labubu" oyuncaqlarının istehsalçısı olan "Pop Mart" şirkətinin səhmləri 7,11 % ucuzlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, səhmlər 287,6 Honqkonq dollarına düşüb.

Bu dinamika bəzi oyuncaqların satışında tələbin azalması və investorlar arasında gəlirliliyə dair narahatlıqlarla əlaqələndirilir.

Bildirilib ki, bu ucuzlaşma son beş ay ərzində "Pop Mart"ın səhmlərində ən ciddi eniş olub.

Qeyd edək ki, "Labubu" – uzunqulaq, geniş dişli təbəssümü olan yumşaq oyuncaqdır. Bu obrazı honqkonqlu illüstrator Kasing Lung Skandinaviya mifologiyasından ilhamlanaraq yaradıb. Çin şirkəti "Pop Mart" bu oyuncaqları 2019-cu ildən istehsal edir, lakin "Labubu"nun populyarlığı 2024-cü ildə - əvvəlcə Asiyada, daha sonra isə dünya ulduzları və sosial şəbəkələrdəki viral trendlər sayəsində beynəlxalq miqyasda sürətlə artıb.

Chosen
58
1
teleqraf.com

2Sources