EN

Anar Ələkbərov İtaliya Alplarında retro avtomobil rallisində – Azərbaycanın Avropa ilə mədəni inteqrasiyasına açılan simvolik qapı

Prezident İlham Əliyevin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov İtaliyada keçirilən beynəlxalq tədbirdən maraqlı görüntü paylaşıb.

Musavat.com xəbər verir ki, o, instagram hesabında “Stella Alpina 2025” klassik avtomobillər yarışından video yayımlayıb.

Məlumata görə, bu il tədbirin 40-cı yubiley buraxılışı keçirilib. 5–7 sentyabr tarixlərində Trentino bölgəsi və Dolomit dağları marşrutu üzrə təşkil olunan yarışda yüzlərlə klassik avtomobil iştirak edib. Marşrut Trento şəhərinin tarixi mərkəzindən başlayaraq Monte Bondone, Levico Terme, Passo Manghen, Moena, həmçinin Falzarego, Gardena, Sella, Fedaia və San Pellegrino keçidlərini əhatə edib.

“Stella Alpina Storica” dünyanın ən mötəbər klassik avtomobil tədbirlərindən biri hesab olunur. Burada 1955-ci ilə qədər istehsal olunan “Legend” sinfi və 1975-ci ilə qədər buraxılan “Celebration” sinfi avtomobillər yarışa buraxılır. Tədbir yalnız avtomobil şousu deyil, həm də turizm, mədəniyyət və sosial dəyərləri birləşdirən festival kimi tanınır.

Şahanə Rəhimli
Musavat.com

Chosen
13
musavat.com

1Sources