EN

"Ayaks"dan "Beşiktaş"a rədd cavabı

style='margin-bottom:10px;'>

"Ayaks" futbolçusu Mika Qodtsu "Beşiktaş"a satmaqdan imtina edib.

QOL.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Türkiyə təmsilçisi 20 yaşlı hücumçu üçün "Ayaks"a təklif göndərib. Lakin "Ayaks" 20 milyon avroluq təklifə rədd cavabı verib.

Klub oyunçunu komandada saxlamaq istəyir.

Qeyd edək ki, "Ayaks" Azərbaycan təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir. 

Xatırladaq ki, M.Qodts ötən mövsüm 47 matçda 8 qol vurub, 7 qol ötürməsi verib.

Chosen
56
1
teleqraf.com

2Sources