Ağdərə. Trend:
Bu torpaqlarda doğulmuşam. Kəndin hər cığırına bələdəm. Allahaşükür, illər sonra həsrətimiz sona çatdı. Biz doğma kəndimizəqovuşduq.
Bu sözləri Ağdərə rayon Vəngli kəndinə köçən Quliyeva KifayətTrend-əmüsahibəsində deyib.
O, doğma kəndlərini tərk edəndə 22 yaşında olduğunu, indi isəövladları və nəvələri ilə qayıtdığını deyib:
"Çox çətin illər yaşadıq. Lakin buna baxmayaraq, hər şey geridəqaldı. Evimizdə hər bir şərait yaradılıb.
Demək olar ki, heç bir çatışmazlıq yoxdur. Allah cənabPrezidentimizi qorusun. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.Qazilərimizə can sağlığı arzulayıram".