BAKI, 8 sentyabr. TELEQRAF
“Bir kəmər, bir yol” layihəsi Çin və Azərbaycan üçün səmərəli nəticələr verib".
Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən mətbuat konfrasında bildirib.
O qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub.
“Çin həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional əlaqələrin gücləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi və qlobal istehsal - təchizat zəncirinin sabitliyindəki roluna böyük önəm verir”.
Diplomat vurğulayıb ki, Pekin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun sürətli uzlaşdırılmasını fəal şəkildə təşviq edir.