EN

"Bu, həm də Macarıstanın enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir”

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ prezidenti Donald Trampın Budapeştin Rusiya neftini almaqdan imtina etməsi tələbi ilə bağlı məlumatları saxta adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Bu, başqa bir saxta xəbərdir və bu, təkcə simvolik deyil, həm də Macarıstanın enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir”.

Macarıstan XİN rəhbərinin sözlərinə görə, Tramp Macarıstanı Rusiya neftini almamağa çağırmayıb və əlavə edib ki, belə bir çağırış heç də yaxın deyil.

Daha əvvəl məlum olub ki, Tramp Avropa liderləri ilə Rusiya neftini almaqdan imtinanı müzakirə edib.

Chosen
48
1
operativmm.az

2Sources