EN

KİV: Baş nazirin istefası Fransanı siyasi böhrana sürükləyə bilər

Fransa Baş naziri Fransua Bayru etimad səsverməsində istefaya göndərilə bilər.
APA xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.
Qeyd edilib ki, Fransua Bayrunun bu gün keçiriləcək etimad səsverməsində istefaya göndərilməsi gözlənilir.
Bu hadisə Fransanı ciddi siyasi böhrana sürükləyə bilər. Soldan ifrat sağa qədər olan müxalif partiyalar 74 yaşlı Bayrunun əleyhinə səs verəcəklərini bəyan ediblər.
Prezidentin səlahiyyətlərinə daxili işləri idarə etmək üçün baş naziri birbaşa təyin etmək daxildir. Lakin keçən il keçirilən növbədənkənar parlament seçkilərindən sonra Milli Assambleya mütləq çoxluğa malik olmadığından, sol, mərkəz və həddindən artıq sağ bloka bölünüb. Bu isə siyasi dalana və büdcə ilə bağlı fikir ayrılıqlarına səbəb olub. Yeni Baş nazirin uzun müddət vəzifədə qalacağına əminlik yoxdur.
Chosen
8
3
sherg.az

4Sources