EN

Deputat öz andiçməsinə gecikdi

Ermənistan parlamentinin bu gün keçirilən iclasında hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası iki yeni deputatla tamamlanıb.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, söhbət Ester Ayvazyan və Vanik Ohanyandan gedir.

Onlardan yalnız Ayvazyan and içib, çünki Ohanyan iclasa gecikib.

Onlar əvvəlcə əmək və sosial məsələlər naziri təyin olunmuş Arsen Torosyanı, həmçinin Lori vilayətinin qubernatoru təyin olunmuş Aren Mkrtçyanı əvəz edəcəklər.

Musavat.com

 

Chosen
12
1
musavat.com

2Sources