EN

Bakının bu məktəblərində dərslər başlayıb – SİYAHI

Azərbaycanda dərslər sentyabrın 15-i başlasa da, Bakıda fəaliyyət göstərən bir sıra özəl təhsil müəssisələri artıq tədris prosesinə başlayıb.

“Cebheinfo.az” həmin ümumtəhsil məktəblərinin siyahısını təqdim edir:

“SABIS SUN” beynəlxalq məktəbində 5-12-ci siniflərdə dərs ili 1 sentyabrda başlayıb. Eyni məktəbdə 1–4-cü siniflər üçün dərslər isə 2 sentyabrda start götürüb. Məktəbəqədər hazırlıq sinifləri olan KG1 və KG2-də isə tədris 3 sentyabrda başlayıb.

“Evrika” və “İdrak” (Bakı filialı) liseyində də ilk dərs günü 1 sentyabrdan başlayıb.Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Bakı Beynəlxalq Təhsil Kompleksi (BIEC) və “Kaspi” liseyində 9, 10 və 11-ci siniflər dərsə 3 sentyabrda başlayıb.

“British School in Baku” (BSB)-də isə məktəbəqədər hazırlıq sinifləri (KG1 və  KG2) 3 sentyabrdan dərsə başlayıb.

Chosen
88
cebheinfo.az

1Sources