EN

İsraildə terror hücumunda ölənlərin sayı 6-ya çatıb- VİDEO - YENİLƏNİB-2

Yerusəlimin Ramot bölgəsində terror aktı nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

***

12:48

Yerusəlimin Ramot bölgəsində terror aktı nəticəsində 5 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, avtobusa silahlı hücum nəticəsində 7 nəfər ağır yaralanıb.

***

12:04

Yerusəlimin Ramot bölgəsində silahlı hücumda 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Yaralananlar xəstanaxalara yerləşdirilib.

Onlardan 5-nin vəziyyəti ağır olaraq qalır.

Rəsmilər iki terrorçunun zərərsizləşdirildiyini bildirib.

***

11:36

Yerusəlimin Ramot bölgəsində silahlı insident baş verib.

APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.

Onlardan 6-nın vəziyyəti ağırdır.

Məlumata görə silahlı hücumu törədən şəxslər iki nəfər olub və onlar hadisə yerində zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İsraildə İsraildə
Chosen
8
5
apa.az

10Sources