EN

Azərbaycan vətəndaşları Gürcüstanda SAXLANILDI

Gürcüstanın Marneuli şəhərində polis saxta əskinasları dəyişdirməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət 59 yaşlı S.M. və 32 yaşlı M.M. Onlar külli miqdarda saxta əskinasların dəyişdirilməsi ilə bağlı ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, “Qırmızı Körpü” keçid məntəqəsinin yaxınlığındakı valyutadəyişmə məntəqəsində saxlanılan şəxslər 500 avro nominalında 7 ədəd saxta əskinas dəyişdiriblər. Əskinaslar maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Saxlanılanları 10 ilə qədər həbs gözləyir.

Chosen
91
cebheinfo.az

1Sources