EN

Rusiya müharibəni bitirmək istəmir: Davam edəcəyik

BAKI, 8 sentyabr. TELEQRAF

“Rusiya dövlətin təhlükəsizliyi diplomatik vasitələrlə təmin olunana qədər xüsusi hərbi əməliyyatı (Ukraynada müharibə və işğalı – red.) davam etdirəcək”.

Teleqraf xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Rusiya dövlətinin başçısının dəfələrlə səsləndirdiyi kimi, təhlükəsizliyimizi siyasi-diplomatik üsullarla təmin etmək daha məqsədəuyğundur. Bu, Qərb ölkələri və Ukraynanın mövqeyinə görə mümkün deyilsə, o zaman Rusiya xüsusi hərbi əməliyyatı davam etdirəcək. Heç bir sanksiyalar buna mane ola bilməz”, - Peskov qeyd edib.

Chosen
17
2
teleqraf.com

3Sources