EN

Gürcüstanda ən populyar azərbaycanlı soyadları açıqlandı

TBİLİSİ, 8 sentyabr. TELEQRAF

Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda V yeri tutub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin dərc etdiyi yeni siyahıdan məlum olub.

Siyahıya əsasən, Məmmədov soyadını daşıyanların sayı 15 330 nəfər təşkil edir. Məmmədov populyar kişi soyadları, Məmmədova populyar qadın soyadları arasında II yerdədir.

Gürcüstanda ən populyar 20 soyadı arasında Əliyev familiyası da yer alıb. Bu soyadı siyahıda 18-ci yerdə qərarlaşıb. Qonşu ölkədə Əliyev soyadlı 9 949 nəfər vətəndaş yaşayır.

Gürcüstanda üç ən geniş yayılmış soyadı Beridze (30 149 nəfər), Kapanadze (19 256 nəfər) və Gelaşvilidir (18 334 nəfər).

Chosen
91
teleqraf.com

1Sources