Türkiyənin “Başakşehir” klubu baş məşqçi Çağdaş Atanla yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Çağdaş Atan 2023-cü ildə təyin olunmuşdu.