DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Ukrayna oyunu öncəsi mətbuat konfransı təşkil olunub.
Offsideplus.az xəbər verir ki, komandamızın məşqçisi Rəşad Eyyubov və hücumçu Mahir Emreli media önünə çıxıb.
Rəşad Eyyubov bu açıqlamanı verib: “Plana uyğun məşqimizi keçdik. Məqsədimiz qısa müddət ərzində komandanı psixoloji cəhətdən hazırlamaq idi. Futbol kollektiv oyundur. Komanda şəklində çıxış etməliyik. İnanıram ki, uğurlu nəticə əldə etmək üçün komanda olaraq gücümüz və keyfiyyətimiz var”.
Mahir Emreli sabahkı matçı dəyərləndirib:
“Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyətləri var. Onlar da bura motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Fernandu Santuş ilə müqaviləyə xitam verilib. Azərbaycan - Ukrayna matçı sentyabrın 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.