EN

“İctimai nəzarətin təşviqinə yönələn imkanlar” mövzusunda ictimai dinləmə təşkil olunub (FOTO)

Bakı. Trend:

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan MilliBölməsi” İctimai Birliyi “İctimai nəzarətin təşviqinə yönələntəşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirəkeçirib.

Trend xəbərverir ki, dinləmədə millət vəkilləri, dövlət orqanlarınınnümayəndələri ictimai iştirakçılıq və nəzarət məsələləri üzrəixtisaslaşmış QHT-lər, müstəqil ekspertlər, hüquqşünaslar iştirakediblər.
İctimai iştirakçılıq və nəzarət sahəsində pozitiv dəyişikliklərimkanları müzakirə edilib.

Millət vəkilləri, dövlət orqanları, ixtisaslaşmış QHT-lər,ekspetlərin iştirakı ilə ictimai iştirakçılıq, ictimai nəzarətsahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar verməkmüzakirə edilib, tövsiyyələr müəyyənləşdirilib.

Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları CəmiyyətininAzərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlılayihənin icrası haqqında məlumat verib.

Qeyd edib ki, layihə regionlarda ictimai fəallar, bələdiyyəüzvləri dövlət orqanları, QHT nümayəndələri, İctimai Şura üzvləriilə müzakirələr, bölgələrdə ictimai rəy sorğusunun keçirilməsi,Türkiyə təcrübəsinin öyrənilməsi ilə Azərbaycanda ictimaiiştirakçılıq təcrübəsinin problemlərinin öyrənilməsi, çətinliklərinmüəyyən edilməsi və islahatların aparılması üçün bütün maraqlıtərəflərlə razılaşdırılmış tövsiyyələrin verilməsidir: “İctimaiiştirakçılıq, ictimai nəzarətlə əlaqədar hərtərəfli diaqnostika,problemlərin aşkarlanması, islahat prioritetlərininmüəyyənləşdirilməsi və tövsiyyələrin verilməsidir. Bu layihə,həmçinin hazırda ciddi islahatlara zərurət olan ictimaiiştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yolaçmaq, yeni ideyalar vermək, yanaşmanı dəyişmək üçün çoxtərəflisəyləri əks etdirir. Bu yalnız “Beynəlxalq İnsan HüquqlarıCəmiyyətinin Azərbaycan Milli Bölməsi” İB-in rəyi deyil,regionlarda fəaliyyət göstərən onlarla təşkilat, ictimai fəallar,dövlət orqanlarının gələcəyə baxışını əks etdirir. Layihəninnəticələri həm elmi-nəzəri aspektdən, həm də praktik baxımdanislahatlar üçün tövsiyyələr təklif edirlər. Bu tövsiyyələr realgerçəkliyin analizi, iştirakçılarla müzakirələr, Türkiyətəcrübəsinin yerində öyrənilməsi ilə ərsəyə gəlib”.

Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, AzərAllahverənov, Arzuxan Əlizadə, Pərvanə Vəliyeva müzakirələrdəiştirak edərək mövzu, islahatlar, çətinliklərin həlli yolları, yeniideyalar barədə öz fikirlərini bölüşüblər.

Layihə eksperti Zaur İbrahimli ictimai rəy sorğusununnəticələrini və əvvəlki dəyirmi masa müzakirələrinin ümumiyekunlarını təqdim edib.

Bildirib ki, 229 respondentin ictimai iştirakçılıq və vətəndaşnəzarəti ilə bağlı rəyi öyrənilib. Sorğunun əsas nəticələrigöstərir ki, respondentlər arasında ictimai iştirakçılıqla bağlıməlumatlılıq səviyyəsi olduqca aşağıdır. Yalnız 28,4% tam məlumatlıolduğunu bildirib. “İctimai iştirakçılıq haqqında” Qanunu ilə bağlıisə cəmi 3,5% respondent ətraflı məlumata malikdir. Bu,qanunvericilik sahəsində ciddi bir informasiya boşluğu olduğunutəsdiq edir. Məlumat mənbələri baxımından sosial şəbəkələr (61,1%)dominant rol oynayır. Bu, informasiyanın sürətli yayılmasına köməketsə də, səthi məzmun və yalnız bizim baxış bucağımızı əks etdirənməlumatlar almaq təhlükəsi yaradır. Bu iştirakçılıq haqqında fərqlirəyləri, analizləri oxumaq imkanını məhdudlaşdırır. Həmçinin dahaçox gerçək, məzmunlu, ilk mənbələrdən olan məlumatları deyil,rəylər ön planı çıxır. Bilgi yox, rəylər daha çox əlçatan olur vəəsas yön verir. Bu isə iştirakçılıq haqqında bacarıqları, düşüncəniartıracaq informasiya almaq imkanının məhdudluğundan xəbər verir.Altruistik motivasiya (ictimai maraqların qorunması – 38,0%) yüksəkolsa da, praktik iştirakçılıq olduqca məhduddur. Son iki ildərespondentlərin 66,4%-i heç bir ictimai tədbirdə iştirak etmədiyinibildiriblər. İştirakçılığa mane olan əsas səbəblər arasındanəticəyə inamsızlıq (32,8%), qanunvericilik biliksinin olmaması(26,2%) və əlçatanlıq problemləri (22,7%) göstərilir. Vətəndaşlarən çox dövlət nümayəndələri ilə birbaşa görüşləri (33,6%) üstüntuturlar.

Eyni zamanda, vətəndaşların 51,1%-i dövlət-vətəndaş görüşlərininintensivləşdirilməsini əsas çıxış yolu və islahat kimiqiymətləndirir. İctimai Şuraların tanınma səviyyəsi olduqcaaşağıdır: respondentlərin 44,5%-i az məlumatlı, 32,8%-i isə heçməlumatı olmadığını bildirmişdir. Bu, institusional etimadsızlığınəsas səbəblərindən biridir. Sonda yekun və bağlanış çıxışlarındaictimai nəzarətin dövlət orqanlarının fəaliyyətində şəffaflıq vəhesabatlılıq üçün mühüm demokratik alət olduğu, bu mexanizmingücləndirilməsinin isə vətəndaşların idarəetmədə fəal iştirakınageniş imkanlar açacağı xüsusi vurğulanıb.

“İctimai
“İctimai
“İctimai
“İctimai
“İctimai
“İctimai
“İctimai
“İctimai
“İctimai
Chosen
46
7
az.trend.az

8Sources