EN

Yamal Türkiyəni sənədsiz tərk etdi VİDEO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniya millisinin və "Barselona"nın 18 yaşlı futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə keçirilən oyundan sonra pasportunu itirib.

Milli.Az "Beyaz Futbol"a istinadən xəbər verir ki, matçdan sonra Yamal uzun müddət sənədini axtarıb. O, pasportunu tapmaq ümidi ilə paltardəyişmə otağına qayıtsa da, nəticə dəyişməyib.

Gənc futbolçunun axtarışı səbəbindən milli komanda təxminən bir saat onu gözləmək məcburiyyətində qalıb.

Yamalın sənədsiz şəkildə Türkiyəni necə tərk etdiyi isə hələlik məlum deyil.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
19
news.milli.az

10Sources