EN

Şəkər və qənnadı məmulatların istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 5 220,7 ton şəkərli qənnadı məmulatlar istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 12,9 faiz və ya 595,2 ton çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində 21,7 faiz və ya 142 ton artım müşahidə olunub. İyul ayında 794,7 ton şəkərli qənnadı məmulatlar istehsal edilib.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 85,8 ton təşkil edib.

Chosen
58
operativmedia.az

1Sources