BAKI, 8 sentyabr. TELEQRAF
Bakı 2026-cı ildə dünyada idman və biznes sahəsinin ən nüfuzlu tədbirlərindən biri olan SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək.
Teleqraf xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və SportAccord arasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib.
Mərasimdə federasiya rəsmiləri, rəsmi şəxslər və media nümayəndələri iştirak edib.
Tədbir Gənclər və İdman Naziri Fərid Qayıbovun çıxışı ilə başlaylb: “Bu, Azərbaycan idmanınln növbəti uğurudur.Uzun illərdir ölkə idmanına göstərilən qayğı göz önündədir. Böyük nüfuzlu idman tədbirlərinin sayı ildən-ilə artır. Təbii ki, bu əsnada uğurlu nətixələri də qeyd etmək lazımdır. Növbəti il Azərbaycanıə dünyanın idman paytaxtı seçilib. Biz də bu adı qorumaq üçün çoxsaylı tədbirlər keçirəcəyik. Beynəlxalq tədbirlərin sayı daha da artacaq. Mən özüm də belə nüfuzlu tədbirdə iştirak etmişəm. Bütün dünya ictimaiyyəti belə bir tədbirdə iştirak edir”.
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təssüratlarını bölüşüb: “Bu tədbridə dəfələrlə iştirak etmişəm. İnanıram ki, digər tədbirlər kimi, bu da uğurlu keçəcək. Təşkilatçılara təşəkkür edirəm”.