Hər səhər anasının əlindən tutub yuxulu-yuxulu ayaqlarını sürüyən, başını partaya qoyub yatan uşaqları dəfələrlə müşahidə etmişik.
Ölkələr ayrı olsa da, problem eyni olduğundan bənzər dəyişiklik Azərbaycanda da ola bilərmi?
Psixoloq Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında təsdiqlədi ki, uşaq orqanizmi yuxuya meyillidir, çünki böyüməkdə olan vücud yuxuya ehtiyac duyur:
“Həm də uşaqlar hiperaktiv olduqları üçün daha tez yorulurlar. Nəticədə səhər erkən dərsə başlamaq onların stress səviyyəsini artırır və öyrənmə qabiliyyətini zəiflədir. Uşaqların yuxu rejimini nəzərə alan tədris qrafiki onların həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir.”
Təhsil eksperti Günay Əliyeva isə bildirdi ki, Azərbaycanda dərs saatlarının 10-da başlaması praktik olaraq çətin görünür.
“Valideynlərin iş qrafikini nəzərə aldıqda, dərs başlanğıcını belə gecikdirmək mümkün deyil. Avropada özəl məktəblərlə yanaşı dövlət məktəblərinin də xüsusi avtobusları olur. Ana uşağı hazırlayıb qapının önündən yola salır. Bizdə isə analar yollarda qalıb, işləyən qadınlar üçün dərslərin gec başlaması əlavə problemdir. Bəlkə də yarım saat fərqlə gec başlamaq olar, amma bu qədər gec saatlarında dərsə başlamaq, növbəli dərs sistemi üçün də ağlabatan deyil”.
10Sources
-
moderator.azAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21119386)
-
sitat.infoAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21115042)
-
ictimairey.azAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21114370)
-
musavat.comAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21114040)
-
yenisabah.azAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21112396)
-
nocomment.azAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21107074)
-
turkustan.azAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21106873)
-
konkret.azAzərbaycanda dərslər saat 10 da başlayacaq? Növbəli sistem… KONKRET ( 21106108)
-
konkret.azAzərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem… ( 21106069)
-
demokrat.azAzərbaycanda dərs saatları dəyişdirilir? — MÜHÜM AÇIQLAMA ( 21102958)