EN

Yaşlı kişi həbsxanaya düşmək üçün qocalar evindəki qonşusunu boğmağa çalışdı

BAKI, 8 sentyabr. TELEQRAF

Yaponiyanın Fukuoka prefekturasından olan 65 yaşlı kişi qocalar evində otaq yoldaşını boğmağa çalışıb.

Teleqraf xəbər verir ki, o, bunu həbsxanaya düşmək istəyi ilə izah edib.

Hadisə prefekturanın Kahara şəhərində baş verib. Seqo Fukuda adlı şəxs kəmər ilə 72 yaşlı otaq qonşusunu boğmağa başlayıb.

Yaşlı kişini xilas etmək mümkün olub. Həkimlərin bildirdiyinə görə, o, boynundan cüzi xəsarət alıb. Fukuda polisə hərəkətinin motivini izah edib.

"Güman edirdim ki, əgər kimisə boğsam, məni həbsxanaya göndərəcəklər və orada mən müəyyən mənada yeni həyata başlaya bilərəm", - Fukuda deyib.

Chosen
55
teleqraf.com

1Sources